İraqla Bərzani arasında razılıq - Atəşkəs elan olundu


20:43     27 Oktyabr 2017 Iraq_Kurds.jpg

İraq ordusu ilə Kürdüstan muxtariyyətinin silahlı dəstələri arasında atəşkəs elan olunub.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu razılaşma İraq ordusu ilə “peşmərgə”nin üz-üzə gəldiyi bütün təmas xəttini əhatə edəcək.

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani sentyabrın 25-də əyalətdə keçirilən “referendum”u dondurduqlarını elan edib. Mərkəz Bağdad hakimiyyəti isə referendumun tamamilə ləğv olunmasını tələb edir.

Femida.az

Açar sözlər:

Oxunub: 991


Oxşar xəbərlər