Kataloniyanın muxtariyyəti ləğv edildi


22:23     27 Oktyabr 2017 katalon8.jpg

İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib.


Femida.az-ın xəbərinə göprə, Senat hökumətin müraciəti əsasında İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.

İspaniyanın baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində xalqı səbirli olmağa çağırıb. O, Kataloniyada qanunçuluğun bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edib. Sənədin lehinə 70, əleyhinə 10 nəfər səs verib, 2 səs etibarsız sayılıb. İspaniyanın bütövlüyünə tərəfdar olan partiyalar səsverməyə qatılmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 694