Qusarda yanacaqdoldurma məntəqəsi yanıb


00:12     31 Oktyabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Qusar rayonunda yanacaqdoldurma məntəqəsində yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Qusar rayonunda yanacaqdoldurma məntəqəsində kalonka, kalonkanın üzərindən keçən elektrik naqilləri 0,5 p.m, kassa aparatı yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib. Yanacaqdoldurma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 716