Ağcabədidəki partlayışla bağlı RƏSMİ AÇIQLAMA


15:35     31 Oktyabr 2017 din%20l.jpg

Daxili İşlər Nazirliyi Ağcabədidə baş verən partlayış barədə məlumat yayıb.


Femida.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib.

Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, Nahid Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

N. Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 731