Külək Xınalıqda fəsad törədib


19:07     01 Noyabr 2017 6004481_xlarge.jpg

Güclü külək Qubanın Xınalıq kəndində ciddi fəsadlar törədib.


Femida.az xəbər verir ki, güclü külək nəticəsində Xınalıq kənd tam orta məktəbinin, eləcə də bir neçə ev və yarımtikilinin dam örtüyünə ziyan dəyib. Bəzi yerlərdə elektrik və rabitə xətləri qırılıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.

Məlumata görə, kənddə telefon və internet xətləri hələ bərpa olunmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 963