Abşerondakı vəhhabi qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA


20:25     01 Noyabr 2017 vahabiler.jpg

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək kəndi üzrə nümayəndəsi Ruhiyyə Qubatova kənddə vəhabilərin yas mərasiminə hücum etməsinə dair yayılan xəbərlərə münasibət bildirib.


Bu barədə Femida.az-a danışan R.Qubatova bildirib ki, yayılan xəbərlər qətiyyən həqiqəti əks etdirmir. Onun sözlərinə görə, münaqişə iki nəfər arasında baş verib:

“Yas mərasimi üçün çadır Güzdək kəndindəki ana yola yaxın yerdə qurulduğuna görə maşınların gəliş-gedişinə müəyyən qədər maneçilik törədib. Mübahisə də buna görə düşüb. Yolun daralmasından narazı olan şəxslə hüzr sahibi arasında cüzi mübahisə yaranıb. Hüzr sahibinin məsələyə aqressiv münasibət sərgiləməsi isə mübahisəni bir qədər dərinləşdirib. Mətbuatda vəhhabilərin hüzr yerinə hücum etdiyi şəklində yayılan xəbərlər isə tamamilə reallıqdan uzaqdır.

Qeyd edək ki, mətbuatda Abşeron Rayonunun Aşağı Güzdək kəndində vəhhabi məzhəbinə mənsub olan bir qrup dindarın kənddə keçirilən yas mərasiminə hücum etdiyinə dair məlumatlar yayılıb.

Yayılan həmin videogörüntüləri oxuculara təqdim edirik.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6352