Vasif Talıbov müəllimlərə fəxri adlar verdi - SƏRƏNCAM


14:24     02 Noyabr 2017 vasif%20t5.jpg

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 18 nəfərin təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, onlar Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Allahverdiyev Əli Lazım oğlu, Cabbarlı Ələkbər Həsən oğlu, Eminov Mirhəsən Seyidəli oğlu, Eyvazov Seyfəddin İbrahim oğlu, Əliyev Akif Səttar oğlu, Əliyev Əkbər Nəbi oğlu, Əliyev Məmməd Həsən oğlu, Quliyeva Ceyran Manaf qızı, Məmmədov Etibar Nəsrulla oğlu, Məmmədova İlhamə Mayıs qızı, Rzayev Vahid Məmməd oğlu, Süleymanov Əkbər Süleyman oğlu, Zeynalov Cavanşir İbrahim oğlu, Əsgərova Rəmziyyə Qəzənfər qızı, Hüseynov Yusif Hüseyn oğlu, Kəngərli İlqar İsmayıl oğlu “Əməkdar müəllim” fəxri adı ilə, İsmayılova Nəzakət Rza qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə, Tağıyev Əvəz Zeynalabdın oğlu – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1825


Oxşar xəbərlər