Suriyalı qaçqınların çoxu Türkiyə vətəndaşı olmaq istəyir


14:56     02 Noyabr 2017 bejentzi.jpg

Türkiyədə sığınacaq tapmış 3,5 milyon nəfər suriyalı qaçqının 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir.


Femida.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə müvafiq araşdırma İstanbul, Şanlıurfa, Hatay, Qaziantep, Adana, Mersin, Kilis, Mardin, Bursa və İzmirdə aparılıb. Bu şəhərlərdə suriyalı qaçqınların 79 faizi yaşayır.

Araşdırma nəticəsində məlum olub ki, 3,5 milyon qaçqından 650 mini işləsə də, onlardan çalışma icazəsi olanların sayı 20 mindir.

Suriyalı mühacirlərin 52 faizi gələcəyini Türkiyədə görür.

Femida.az

Açar sözlər:

Oxunub: 872