Gələn il dənli bitkilər istehsalında rekordlar gözlənilir


22:30     02 Noyabr 2017 1%20(5)3.jpg

Oktyabr ayında ərzaq qiymətləri qismən süd məhsulları səbəbindən 2011-ci ildəki rekord qiymət göstəricisindən ortalama 27% aşağı düşüb.


Femida.az xəbər verir ki, BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin orta göstəricisi oktyabr ayı üçün 176,4 % faiz təşkil edib. Bu, sentyabr ayının göstəricisindən 1,3 % aşağı olsa da? bir il öncəki göstəricidən 2,5 % çoxdur.

FAO ərzaq qiymətləri indeksi ərzaq səbəti üzrə beynəlxalq qiymətlərdəki aylıq dəyişikliyin göstəricisidir.

Süd məhsulları üzrə FAO qiymət indeksi may ayından etibarən ilk dəfə olaraq bu ay ərzində 4,2 % azalıb.

İdxalçılar Okeaniyadan yeni idxal gözləyərək alışa can atmadığından yağ və süd tozu üzrə beynəlxalq qiymət göstəriciləri oktyabr ayında enib. Eyni zamanda, Avropa Birliyi ölkələrində tələbatın aşağı olması və ehtiyatların həddən artıq çoxluğu da süd tozunun qiymətini aşağı salıb.

İstehsalda müsbət gözləntilər fonunda əsas palma və soya yağının qiymətinin düşməsi nəticəsində bitki yağları üzrə FAO qiymət indeksi sentyabr ayı ilə müqayisədə 1,1 % enib.

Braziliyanın valyutasındakı zəifləmə, AB ölkələrində şəkər çuğunduru məhsulunda gözlənilən artım və Rusiya Federasiyasında böyük istehsal şəkər üzrə FAO qiymət indeksinin 0,7 % düşməsinə təsir göstərib.

Donuz əti ixracatçıları arasında artan rəqabət və idxala tələbin artmaması beynəlxalq qiymətləri aşağı saldığından ət üzrə FAO qiymət indeksi 0,9 % düşüb.

Buğdanın qiymətinin aşağı olmasına rəğmən, düyünün qiymətinin yüksəlməsi dənli bitkilər üzrə FAO qiymət indeksində 0,4%-lik artıma səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 600