Qanunsuz ovla məşğul olanlar tutulub
20:55 02 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Femida.az
Oxunub: 733
Oxşar xəbərlər
- Qanunsuz ağac kömürü satanlar cərimələndi
- Qanunsuz tikinti aparanlara qarşı ciddi tədbirlər görüləcək
- Qanunsuz miqrantların sayı minimuma enib
- Qanunsuz kömür istehsalının qarşısı alınıb
- Qanunsuz kömür hazırlayanlar cərimələnəcək
- Qanunsuz dərman satan həbs edildi
- Qanunsuz ov edən şəxslər saxlanıldı
- Qanunsuz sahibkarlıq faktları aşkarlanıb
- Qanunsuz ağac kəsən şirkət rəhbəri həbs edildi
- Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb