Yasaqlanan kitablardan məbəd tikdi - FOTOLAR


16:09     03 Noyabr 2017 qadagan%20kitab014.jpg

Argentinalı sənətkar Marta Minujin, qadağan olunmuş kitablardan istifadə edərək Yunan Məbədi Parthenonun oxşarını inşa edib.


Femida.az xəbər verir ki, Marta Minujin məbədin inşası üçün dünyanın fərqli yerlərində qadağan olunan 170-dən çox əsərin 30.000 kopyasından, plastik materialdan və poladdan istifadə edib. Bu işdə ona Kassel Universitetinin tələbələri köməklik göstərib.

Əl işində Migel de Servantes 1605-ci ildə nəşr edilən “Don Kixot” romanı , Volter 1759-cu ildə yazılıb “ədəbsiz” olduğu üçün 1930-cu ildə ABŞ gömrüklərində qadağan olunduğu “Kandid” ramanı, Den Braunun Katolik liderlər tərəfindən qınaq obyektivinə çevrilən və Lübnanada qadağan edilən – “Da Vinçi şifrəsi”, Corc Oruel 1949-cu ildə yayımlanan və ölümündən 31 il sonra qadağan edilən romanı – “1984”, Qustav Flober fransız xalqının əxlaqi dəyərlərini alt-üst etdiyi üçün qadağan edilən “Madam Bovari” və s. əsərlər yer alıb.

Qadağan olunması ilə böyük səs-küyə səbəb olan kitabların siyahısında isə Adolf Hitler – “Mənim mübarizəm” kitabının adı yoxdur.















Oğuz Altay

Femida.az

Açar sözlər:

Oxunub: 1306


Oxşar xəbərlər