Mədət Quliyev veloyürüşdə
15:34 05 Noyabr 2017
Noyabrın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.
Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.
Veloyürüş iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parkda xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər. (AzərTAc)
Femida.az
Oxunub: 1117
Oxşar xəbərlər
- Mədət Quliyev hərbi hissədə bayram tədbirində
- Mədət Quliyev Putinlə görüşdə - (FOTO)
- Mədət Quliyev Moskvaya getdi
- Mədət Quliyev andiçmə mərasiminə qatıldı
- Mədət Quliyev gənc əsgərlərin andiçməsində - FOTO
- Mədət Quliyevə yeni müavin təyin olundu
- Mədət Quliyev məhkumlar arasında ölüm hallarından danışıb
- Mədət Quliyev Patruşevlə görüşüb
- Mədət Quliyev də işə qarışdı - Əsgərimizin meyiti qaytarılsın
- Mədət Quliyev iranlı nazirlə görüşüb