İlk iş gününün hava proqnozu
16:26 05 Noyabr 2017
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Abşeronda gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək..
Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Rayonlarda əsasən yağmursuz olacaq. Səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1521
Oxşar xəbərlər
- İlk iş günü hava küləkli olacaq
- İlk bitkoin milyarderləri məlum olub
- İlk qatar bu gün Qarsa çatdı
- İlk hərb nazirimizin doğum günüdür
- İlk iş günü hava necə olacaq?
- İlk sosial mənzillər gələn il veriləcək
- İlk müdafiə nazirimizin doğum günüdür
- İlk iş günü hava küləkli olacaq
- İlk dərslər Xocalıya həsr olundu
- İlk çərşənbə - Su çərşənbəsinin tarixçəsi