Əfqanıstanlı nazirlər Azərbaycana gələcək
21:30 06 Noyabr 2017
Noyabrın 7-də Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi və rabitə və informasiya texnologiyaları naziri Şəhzad Qul Aryobi Azərbaycana səfər edəcək.
Bu barədə Femida.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən Trend-ə bildiriblər ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Femida.az
Oxunub: 565