Kürdüstan rəhbərliyi neft gəlirlərini Bağdada verəcək


22:44     06 Noyabr 2017 1509974081.jpg

İraq Kürd Regional Birliyinin Baş naziri Nəçirvan Bərzani Kürdüstan vilayətində neft və digər bütün gəlirləri İraq hökumətinə təhvil verməyə hazır olduqlarını bildirib.


O, açıqlamasının davamında qeyd edib ki, bunun qarşılığında rəsmi Bağdaddan Kürdüstan Regional Birliyində çalışan işçilərin məvaciblərinin verilməsi və digər xərclərin təmin olunması üçün büdəcədən 17 faiz vəsait ayrılmasını istəyib.

Kürd lider bu istiqamətdə Bağdad hökuməti İraq qanunvericiliyi əsasında danışıqlar aparmağa hazır olduğunu dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 711