XİN: Səudiyyə Ərəbistanı Krallığına raket hücumunu qınayırıq


16:47     07 Noyabr 2017 xin%20d.jpg

”Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq”.


Bu sözləri Femida.az-ın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: “Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.

Qeyd edək ki noyabrın 4-də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirib. “Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Yəməndəki üsyançılar tərəfindən atılıb. Bildirilir ki, hücumun qarşısı vaxtında alınıb və əhali arasında xəsarət alan yoxdur.

Femida.azFemida.az

Açar sözlər:

Oxunub: 799