Adam oğurladı, 350 min istədi - Azərbaycanda
16:51 10 Noyabr 2017
Adam öldürməyə cəhd göstərməkdə şübhəli bilinən şəxsin başqa bir cinayəti də üzə çıxıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Gəncə şəhər sakini Qurban Qurbanovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər ağır cinayət törətməsi də müəyyən edilib.
Araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 2878
Oxşar xəbərlər
- Adam öldürmüşdü, xəstəxanaya yerləşdirildi
- Adam oğurluğuna görə tutulan şəxs həbsxanada öldü
- Adam boğan, insan ətini itə yedizdirən Türkiyədəki qatillər
- Adam öldürən sürücü həbs edilib
- Adam oğrurlayanlara hökm oxundu: 12 il 6 ay
- Adamyeyənlərin qaldığı həbsxana - buradan qaçış mümkünsüzdür
- Adam oğurlayan dəstənin şikayəti təmin olunmayıb
- Adam bıçaqlayan şəxs azadlıqda
- Adam bıçaqlayan şəxsə hökm: 4 il 6 ay
- Adam bıçaqlayan şəxs saxlanıldı