Bakıdadı dəhşətli yanğında polis mayoru zəhərlənib - Xəstəxanadadır


17:06     11 Noyabr 2017 zeherlenme.png

Dünən axşam Binəqədidə baş verən yanğında polis mayoru tüstüdən zəhərlənib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov nazirliyin hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qeyd edək ki, F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1210


Oxşar xəbərlər