Terror aktı planlaşdıran 6 İŞİD üzvü tutuldu


21:12     11 Noyabr 2017 hebs594.PNG

İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.


Femida.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 650