35 yaşlı qadını maşın vurdu


15:19     12 Noyabr 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Oğuzda 35 yaşlı qadını maşın vurub.


Noyabrın 11-i axşam saat 19 radələrində Oğuz şəhər sakini 1982-ci il təvəllüdlü Xeyransa Soltan qızı Zakirova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan Femida.az-a bildirlib ki, müayinə zamanı məlum olub ki, 35 yaşlı Xeyransa Zakirova ailəsinə məxsus avtomobildən düşən zaman yolla hərəkət edən digər avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xeyransa Zakirovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Oğuz-Xaçmaz kənd avtomobil yolunda baş verib, hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 666