8 km dəmir yolu əsaslı təmir olunur
14:10 13 Noyabr 2017
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-averilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmirinə start verilib. Eyni zamanda, 3 ədəd yoldəyişən qurğunun təzələnməsi həyata keçirilir. Təmir işləri beş gün davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 400 km dəmir yolu əsaslı təmir olunub.
Femida.az
Oxunub: 875
Oxşar xəbərlər
- 82 yaşlı kişini maşın vurub öldürdü - Evinin qarşısında
- 8 minədək hərbçinin övladı bayram şənliklərində
- 81 yaşlı qadın yanıb öldü
- 8 nəfərə qaçqın statusu verilib - Azərbaycanda
- 8 yaşlı uşaq faciəvi şəkildə ölüb
- 83 cinayət faktı qeydə alınıb
- 8 nəfərdən silah götürülüb
- 84 cinayət faktı qeydə alınıb
- 81 yaşlı kişi özünü asıb
- 83 yaşlı qadının meyiti tapıldı