Təfəkkür Universitetinin rektoru axtarışa verildi


21:07     05 May 2015 9bd2c154ae8254b0c7a00c396f657adf111.JPG

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib.


Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1364