Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi


20:20     15 Noyabr 2017 US-Airplane-Wallpaper-HD.jpg

Çində sərnişin təyyarəsi məcburi eniş edib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinin maraqlı səbəbi olub.

Belə ki, təyyarədə olan 22 yaşlı gənc yorğun olduğu üçün hallyüsinasiyalara qapılıb və qəflətən yerindən qalxaraq "Məni girov götürürlər! Onların əlində biçaq və silah var!" deməyə başlayıb.

Təyyarədəkilərin onu sakitləşdirmək cəhdləri boşa çıxıb və təyyarə məcburi eniş edib.

Çanşa aeroportunda həmin sərnişin reysdən uzaqlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2281