Metrodakı gecikməyə görə bir neçə vəzifəli şəxs işdən çıxarılıb


21:24     15 Noyabr 2017 metro%20femida.jpg

Oktyabrın 27-də “Bakı Metropoliteni”ndə səhər saatlarında qatarların gecikməsinə səbəb olan bəzi işçilər töhmət alıb və bir neçə vəzifə şəxs işdən azad olunub.


Femida.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, metroda baş verən bütün hadisələrlə bağlı komissiya yaradılır, araşdırma aparılır.

“Hadisə varsa, səbəbləri müəyyənləşdirilir. Buna uyğun olaraq da inzibati tənbeh, töhmət verilməsi, işdən çıxarılma, vəzifədən azad edilmə də olur. İşimiz ciddi işdir, burada qeyri-peşəkarlara yer yoxdur və səhlənkarlığa yol verilmir. Çünki biz sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə məşğuluq”.

Qeyd edək ki, oktyabrın 27-də səhər saatlarında "Bakı Metropolite"ninin qatarlarında gecikmə nəticəsində sərnişin sıxlığı yaşanıb. “Bakı Metropoliteni”n rəsmiləri hadisənin baş verməsinə səbəb kimi, səhər saat 6-da depodan gələn qataraların qəbulunda gecikmə ilə əlaqələndirilmişdi.


Femida.az

Açar sözlər:

Oxunub: 1412