127 evdə çat yaranıb, biri uçub - Ağdamdakı zəlzələnin fəsadları


13:38     16 Noyabr 2017 agdam%20qaz4.jpg

"Ayrı-ayrı yaşayış məntəqələrində yerləşən 127 evdə müəyyən çatların əmələ gəlməsinə dair məlumatlar var"


Bu sözləri Femida.az-a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Üçoğlan qəsəbəsində qəzalı vəziyyətdə olan və hazırda heç kəsin yaşamadığı bir ev uçub. İcra başçısı onu da bildirdi ki, zəlzələ nəticəsində tələfat, xəsarət alan olmayıb.

Qeyd edək ki, zəlzələ ötən gün yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1481


Oxşar xəbərlər