DGK-dan avtoşluq edən şəxslə bağlı AÇIQLAMA


15:37     17 Noyabr 2017 dgk%20muraciet.jpg

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.


Femida.az xəbər verir ki, bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Qeyd edək ki, Bakıda sərxoş sürücü polis əməkdaşlarının "saxla!" əmrinə tabe olmayıb. YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1752