Dibçəkdə gül əvəzinə narkotik əkdi - Qazaxda


19:47     05 Sentyabr 2015 -в-шкафу.jpg

Qazax sakininin evində narkotik vasitə aşkar edilib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ürkməzli kənd sakini Azad Əhmədovun evinə baxış zamanı dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 483,54 qram marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1011