62 yaşlı kişi intihar edib
14:23 23 Noyabr 2017
Abşeronda intihar hadisəsi baş verib.
Femida.az-ın məlumatına görə, Goradil qəsəbə sakini, 1955-ci il təvəllüdlü Aydın Manaf oğlu Manafov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Femida.az
Oxunub: 611