Pakistanın Baş Qərargah rəisi Bakıda müharibələrdən danışıb


20:57     24 Noyabr 2017 fc0d7db00760191a19cee48b3ea23ed6_1511528022.jpg

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra general Z.M.Hayat Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Hibrid müharibələr və XXI əsr müharibələrinin çağırışları” mövzusunda müxtəlif kateqoriyadan olan zabit heyəti qarşısında mühazirə ilə çıxış edib.



Femida.az

Açar sözlər:

Oxunub: 723