Xırdalanda narazılıq: Evlərin arasında zavod tikilib (VİDEO)


13:43     25 Noyabr 2017 kelbecer%20sikayet0.PNG


Yaşayış evlərinin yarım metrliyində sex tikilib. Tullantı kağızların təkrar emal olunduğu sex Xırdalan dairəsi, Aşıq Şəmşir küçəsi 19 ünvanında yerləşir.


Ərazidə yaşayan sakinlər Femida.az -a müraciətlərində evlərin yarım metrliyində tikilən sexin səsindən rahat yaşaya bilmədiklərindən şikayətləniblər. Bununla bağlı müəssisənin sahibi Telman Xəlilova dəfələrlə iradlarını bildirsələr də, nəticəsi olmayıb. Sahibkarla bacara bilməyən sakinlərin ümidi mətbuata qalıb.





Kəlbəcər rayonundan məcburi köçkün olan və sözü gedən ünvanda yaşayan Süleyman İbrahimov bir ildir ki, bu zavodun fəaliyyətindən əziyyət çəkdiklərini bildirib:




(Şikayətçi - Süleyman İbrahimov)


Ərazidə çəkiliş apardığımız müddətdə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi də əraziyə gəldi. Amma həmin şəxslər zavodla bağlı hər hansı bir açıqlama verməkdən imtina etdilər.





Bir müddət sonra ərazidə zavodun sahibi Telman Xəlilov da göründü. Kameraya açıqlama verməkdən imtina edən sahibkar müxbirimizlə söhbəti zamanı qeyd olunan ərazini 2007-ci ildə 27 min dollara aldığını bildirib. Onun sözlərinə görə, satan şəxsdən heç bir sənəd də ala bilməyib.Çəkiliş apardığımız müddətdə məlum oldu ki, Telman Xəlilovun evi sexlə eyni ərazidə yerləşsə də, orada yaşamır. Səbəb kimi isə qonşuları göstərir.




(Sahibkar - Telman Xəlilov)


Qeyd edək ki, ərazidə olduğumuz müddətdə sexin fəaliyyəti icra orqanları tərəfindən dayandırımışdı.Sakinlər isə bunun çəkiliş gəldiyi üçün müvəqqəti olduğunu iddia edirdilər.

Zavodun yaxınlığında yaşayan Kəlbəcər rayonundan məcburi köçkün olan Nuridə Hüseynovanın sözlərinə görə, zavodun tozundan və zibilindən yaşamaq mümkünsüz olub.




(Şikayətçi -Nuridə Hüseynova)


Qeyd olunan zavodun səsi digər qonşuları da narahat edir. Ərazidə yaşayan sakinlər yayda xüsusilə evlərdə dayanmağın mümkünsüz olduğunu bildirdilər.

Femida.az məsələnin hüquqi tərəfinə də aydınlıq gətirib. Hüquqşünas Vüqar Səfərli açıqlamasında bildirib ki, istənilən halda bu cür sexin əhalinin yaşadığı ərazidə fəaliyyət göstərməsi qanunsuzdur.




(Hüquqşünas Vüqar Səfərli)


“Bütün mübahisələr isə məhkəmədə həll olunmalıdır. Həmin şəxslərin mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması da vacib olan məqamlardandır”, deyə hüquqşünas bildirib.


Müxbir: Mircəlal Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər:

Oxunub: 3666