Nail Allahverdiyevlə bağlı məhkəmədə səhv - Hərbi xidmətdə olubmuş


17:01     25 Noyabr 2017 nail-qeza_1501842017_15019206668.jpg

Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ilk məhkəmə iclasında anket məlumatları yoxlanılarkən səhvə yol verilib.


Femida.az-ın “Report”a istinadən xəbərinə görə, məhkəmə prosesində onun hərbi xidmətdə olmadığı bəyan edilsə də, əslində, N.Allahverdiyevin xidmət etdiyi məlum olub.
Belə ki, N.Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində xidmət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 3446