Qazaxıstanda 4 nəfər tutuldu - İŞİD təbliğatına görə


23:25     25 Noyabr 2017 banqladesde-isid-in-yerli-lideri-oldurulub.jpg

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları İŞİD terror təşkilatına dəstəyin təbliğatında şübhəli bilinən dörd Aktobe şəhər sakinini saxlayıb.


"Həmin şəxslər mütəmadi toplanışların təşkili və Qazaxıstanda qadağan edilmiş İŞİD terror təşkilatına dəstəyin təbliğ edilməsində şübhəli bilinir", - MTK-nın məlumatında deyilir.

Komitədən bildirilib ki, şübhəlilərin saxlanılması terrorizmin təbliği faktı üzrə başlanmış cinayət işi çərçivəsində daxili işlər orqanlarının cəlb olunması ilə MTK tərəfindən həyata keçirilib. İstintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 850