Yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ


16:51     28 Noyabr 2017 suluqar15.jpg

Bakı və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əəsəcək.


ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3826