Növbəti ixrac missiyası Dubaya gedir
15:30 29 Noyabr 2017
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası dekabrın 3-7-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ixrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları dekabrın 5-7-də Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.
Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- Növbəti həqiqi hərbi xidmətə çağırış başladı
- Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır
- Növbəti hərrac keçirilib
- Növbəti sınaq imtahanları keçiriləcək
- Növbəti doğuş terroru – Bu dəfə “Şıxlinskaya”da
- Növbəti monitorinqin keçirilməsi planlaşdırılır
- Növbəti İslamiada Türkiyədə keçiriləcək
- Növbəti diaqnostik qiymətləndirməyə start verilib
- Növbəti buraxılış imtahanı keçirilir
- Növbəti məhkəmə başlayır - `Nardaran işi`