Avtomobilin yan güzgülərini oğurlayan şəxs saxlanılıb


17:58     29 Noyabr 2017 hebs%20edildi1.jpg

Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.
Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülən tədbirlərlə saxlanılıb.
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib.
Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib.
Faktla əlaqədar cinayət işi başlanılıb. E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 791