Məhkəmədə şok - Hökm oxunan general zəhər içdi (VİDEO)


20:03     29 Noyabr 2017 zeher.PNG

Niderlandın Haaqa şəhərində keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın iclasında xorvatiyalı general Slobodan Pralyak apellyasiya məhkəməsi tərəfindən hökm elan edildikdən sonra zəhər içib.


Məhkəmə S.Pralyak barəsində çıxardığı hökmü dəyişməz saxlayıb.
Qeyd edək ki, noyabrın 29-da Haaqada 2013-cü ildə hərbi cinayətlərə görə məhkum edilmiş S.Pralyak və başqa beş Bosniya xorvatının şikayətinə baxılıb. O vaxt Pralyak 20 il həbs cəzasına məhkum edilmişdi.
Pralyakın zəhər içməsi barədə məlumat apellyasiya məhkəməsinin Bosniya xorvatlarının lideri Yadranko Prliç barəsində hökm çıxarmasından (25 illik həbs cəzası) az sonra yayılıb.
Bundan sonra məhkəmə dinləmələri dayandırılıb. Pralyakın səhhətibarədə heç bir məlumat verilmir.
Xatırladaq ki, Pralyak və Prliç 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış Hertseq-Bosna Xorvat Respublikasının liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.(Report)

Açar sözlər:

Oxunub: 2932