İqtisadiyyat naziri Türkiyəyə gedir


19:56     29 Noyabr 2017 sahin%20m0.jpg

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısı zamanı yaradılıb. TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 492