Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var
21:45 29 Noyabr 2017
Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Bakı küçələrindəki dilənçilərlə bağlı maraqlı açıqlama verib.
Femida.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında küçələrdəki dilənçilərin bəzilərinin villasının olduğunu deyib: "İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də var. Elə insanlar var ki, dilənçilik onlar üçün vərdişə çevirilib. Onlara ev də, avtomobil də, lap pul da versən, yenə də dilənəcək. Amma bir çörək üçün əl açıb dilənənlər günümüzün reallığıdır. Onları bu yoldan çəkindirmək isə dövlətin əlindədir. Əvvəllər belə fikirlər vardı ki, dilənənlər qaraçıdır. Amma indi dilənənlərin əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında metro çıxışlarında, yol ayrıclarında, işıqforların yanında durub, xarici avtomobil görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Bunların hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir. Amma bu, Azərbaycanda kütləvi xarakter daşımır".
Kriminalist deyib ki, hansısa məsuliyyətə cəlb etməklə məsələni kökündən həll etmək olmaz: "Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar effektli deyil. Müasir dövrümüzdə bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi, təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır".
Oxunub: 982
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR