Ən yaxşı tabor komandirləri seçilir - FOTOLAR


15:48     30 Noyabr 2017 e9939dc97a1403d361ecd934e6753ba3_1512027071.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yarışlar çərçivəsində nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərfindən “Qaraheybət” Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.



Hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları da qiymətləndirilib.



Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək müəyyən edilmiş qaliblər mükafatlandırlmaları üçün yuxarı komandanlığa təqdim ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1156


Oxşar xəbərlər