Qaynını öldürməyə cəhd edən şəxsə 10 İL HƏBS


18:59     01 Dekabr 2017 1447832334_hebs_0124.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə təqsirləndirilən Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sadiq Məmmədov mübahisə etdikdən sonra qaynı Asəf Həsənova 4 bıçaq zərbəsi endirib. A. Həsənov bıçaqlandıqdan sonra taksi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər:

Oxunub: 594


Oxşar xəbərlər