Salyanda dəhşət - Dəzgah qadının qolunu qopardı


19:08     01 Dekabr 2017 tecili15.jpg

Salyanda 45 yaşlı qadının qolu amputasiya olunub.


Femida.az-ın məlumatına görə, Salyan pambıqtəmizləmə zavodunda çalışan rayon sakini, 1972-ci il təvəllüdlü Nəcəfova Xatirə Azad qızını qolu ehtiyatsızlıqdan çiyid ayırma dəzgahına düşüb.

X.Nəcəfova ağır xəsarətlə Salyan rayon Mərəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq sağ qolu dirsəkdən yuxarı amputasiya edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 728