Qaninin Azərbaycana səfəri başa çatıb


19:41     01 Dekabr 2017 qani-getdi_1512127840.jpg

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandakı və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər yola salıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 587


Oxşar xəbərlər