23 yaşlı oğlan bibisini baltaladı


13:57     04 Dekabr 2017 kiracisini_balta_ile_oldurdu_h795.jpg

Abşeronda ağır cinayət törədilib.


Femida.az -ın məlumatına görə, rayonun Masazır qəsəbəsinin sakini, 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Y. İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 783