Yeniyetməni motosikl vurub


00:42     05 Dekabr 2017 1436105092_1433932210_gencede

Biləsuvar rayonunda 11 yaşlı yeniyetməni motosikl vurub.

Hadisə rayonun Bəydilli kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 2006-cı il təvəllüdlü Elcan Emin oğlu Heydərovu motosikl vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 443