Salyanda ana və 4 qızını öldürənlərlə bağlı QƏRAR
00:35 09 Dekabr 2017
Salyanda 3 il əvvəl törədilən dəhşətli qətllə bağlı saxlanılan ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib.
Femida.az APA-ya istinadən məlumatına görə, Salyan rayon Məhkəməsi 5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, dünən Salyanda 3 il əvvəl itkin düşən 1961-ci il təvəllüdlü Əliyeva Mehparə və qızları – 1998-ci il təvəllüdlü Rəqibə, 1987-ci il təvəllüdlü Sevda, 1985-ci il təvəllüdlü İradə, 1991-ci il təvəllüdlü Ümidənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
Femida.az
Oxunub: 945
Oxşar xəbərlər
- Salyanda arvadını və 4 qızını öldürən kişidən xəbər var
- Salyanda qəza:Xəsarət alanlar var
- Salyandakı dəhşətli qətllə bağlı YENİ XƏBƏR
- Salyandakı tükürpədici olayın TƏFƏRRÜATI
- Salyanda ğır qəza: Ölən və yaralılar var
- Salyanda qəza -10 nəfər yaralandı
- Salyanda ailə faciəsi: 2 bacı yanaraq öldü
- Salyanda hotel yandı
- Salyanda maşın beton dirəyə çırpılıb - ölən var
- Salyanda 4 otaqlı ev yandı