Bərdədə narkotik alverçiləri tutulublar


17:08     09 Dekabr 2017 narkotik04.jpg

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Kazımov şübhəli şəxs qismində saxlanılıb.


Femida.az xəbər verir ki, onun üzərindən polietilen bağlamada heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları narkotik vasitəni S.Kazımova satmaqda şübhəli bilinən şəhər sakini İqdam Salmanovu da saxlayıb. İ.Salmanovun yaşadığı evə baxış zamanı orada gizlətdiyi çəkisi 578.93 qram marixuana və 4.76 qram heroin aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 538