Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb
15:00 13 Dekabr 2017
Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.
Femida.az xəbər verir ki, bununla bağlı Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.
Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.
Femida.az
Oxunub: 955
Oxşar xəbərlər
- Artur Rəsizadə yeni qaydaları təsdiq etdi
- Artur Rasizadə qərar imzaladı
- Artur Rasizadədən yeni qərar
- Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı
- Artur Rasi-zadə qərar imzaladı
- Artur Rasizadə iclas keçirdi
- Artur Rasi-zadə prezidentlə Xəzərin statusunu müzakirə etdi
- Artur Rəsizadə Estoniya XİN başçısı ilə görüşdü
- Artur Rasizadə iclas keçirdi
- Artur Rasizadə gələn ay hesabat verəcək