DTX-nın həbs etdiyi jurnalistin məhkəməsi başladı


15:40     13 Dekabr 2017 0008.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayıb.


Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra H.Vəliyevin vəkilləri onun hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini, H.Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxışı dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 928