Azadlıq prospektində qan töküldü


17:57     13 Dekabr 2017 bicaqlanma2.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Azadlıq prospektində naməlum şəxs İmişli rayon sakini Mirheydər Qasımovu bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar nəticəsində M.Qasımovun Şəki sakini Pərviz Hacıməmmədov tərəfindən bıçaqlandığı məlum olub və o tutulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 730