Rusiyaya köçmək asanlaşdı


03:10     09 Sentyabr 2015 977818.jpg

Rusiya baş naziri Dmitri Medvedev xarici vətəndaşların və vətəndaşlığı olmayan insanların Rusiyada yaşaması üçün ayrılan kvotaların artırılması barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, beləliklə, Rusiyada müvəqqəti yaşamaq üçün icazə verilən xarici vətəndaşların sayı 128 mindən 151 minə qədər artırılıb.
Rusiya hökumətindən verilən məlumata görə, bu addım Federal Miqrasiya Xidmətinin (FMX) təklifi əsasında atılıb. FMX isə Rusiyanın 38 regionundan gələn müraciətləri nəzərə alaraq bu təklifi verib. İlin başa çatmasına 4 ay qalmasına baxmayaraq, bu regionlar miqrantlar üzrə illik kvotanı 70-100 faiz işlədiblər.

Əslində, bunu Rusiyaya köç icazəsi kimi də dəyərləndirmək olar. Həmin icazəni almış vətəndaşlar müəyyən müddətdən sonra Rusiya vətəndaşlığı üçün müraciət edirlər.

Rusiya mətbuatı kvotanın artırılmasını Ukraynadan olan qaçqınlarla əlaqələndirirlər. Şərqi Ukraynada başlamış müharibə üzəndən bu ölkəni tərk etməyə məcbur olmuş ailələr birdəfəlik Rusiya yerləşmək istəyirlər.

Buna paralel olaraq bu ilin 9 ayı ərzində Rusiyadan 30 minə yaxın qeyri-leqal miqrant çıxarılıb. Rusiya daxili işlər nazirinin müavini İqor Zubov bildirib ki, ölkədə miqrantlar tərəfindən törədilən cinayətlərin səviyyəsi aşağı düşüb.
Əslində, kvotaların artmasının bu ölkədə yaşayan azərbaycanlılara elə bir dəxli yoxdur. Bu ölkədə azərbaycanlıların sayı təxminən 600 mindir və həmin azərbaycanlıların təxminən 300 mini bu ölkənin vətəndaşıdır. Vətəndaşlığı olan azərbaycanlıların 130 mini Dağıstan Respublikasında yaşayır və yerli əhalidir. Son illərdə sayı təxminən 270 min - 340 min arasında dəyişən azərbaycanlı miqrantlar bu ölkəyə müvəqqədi qeydiyyatla gəlirlər. 3 aya qədər çəkən mövsümi işlərdən sonra geri azərbaycana qayıdırlar.

Açar sözlər:

Oxunub: 1091